09 İyul 2020 02:38

ADAU-da “Magistrantların Respublika Elmi Konfransı” keçirilib

28 fevral 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Magistrantların Respublika Elmi Konfransı” keçirilib. Konfransı giriş sözü ilə açan Universitetin tədris işləri üzrəprorektoruAnar Hətəmov çıxış edərək bildirib ki, dövlətimizin aqrar sektora, aqrar təhsilə və aqrar elmə qayğısı sayəsində ADAU-nun maddi-texniki bazasının tamamilə yenidən qurulması, tədris korpuslarının əsaslı təmiri, yeni korpusların  inşası, beynəlxalq əlaqələrin genişlənməsi, əmək bazarının tələblərinə uyğun yeni ixtisaslar üzrə  aqrar mütəxəssis hazırlığının həyata keçirilməsi tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətinə öz töhfələrini verməkdədir. Həyata keçirilən tədbirlərin nəticəsi kimi100 illik zəngin tarixi olan universitetdə son illərdə əldə olunan uğurlar onu beynəlxalq və respublika səviyyəli tədbirlərin məkanına çevirmişdir.

Universitetin elmi işlər üzrə prorektoru Ramin Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 yanvar 2020-ci il tarixli“Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində 2020-ci ildəkeçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və konqreslərinsiyahısının təsdiqi barədə” əmrinə əsasən ADAU-da“Magistrantların Respublika Elmi Konfransı” keçirilir. Konfransın məqsədi respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan magistrantların apardıqları elmi-tədqiqat işlərinin metodikalarının, nəticələrinin müzakirəsini təşkil etməklə iştirakçılar arasında fikir mübadiləsini həyata keçirmək və eyni zamanda mühüm elmi nəticələrin elmi sferada paylaşmaqdan ibarətdir.

Sonra Bakı Dövlət Universitetinin magistrantı Nigar İmaməliyeva “Kənd turizminin regionların sosial-iqtisadi vəziyyətinə təsiri”, Universitetimizin Yerquruluşu və torpaq müfəttişliyi ixtisasının magistrantı Aytac Cəfərova, Bitkilərin seleksiyası ixtisasının magistrantı Sevinc Bədəlova “Soya bitkisinin becərilmə aqrotexnikası”, Menecment Alman ixtisasının magistrantı Arzu Seyidli, İstehlak mallarının keyfiyyət ekspertizası ixtisasının magistrantı Əmrah Orucov, Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi ixtisasının magistrantı Tahirə Mirzəyeva çıxış edərək məruzələrini səsləndiriblər.

Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Milli Aviyasiya Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, AMEA-nın Zoologiya İnstitutu, Qərbi Kaspi Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər ali təhsil müəssisələrinin magistrantlarının da iştirak etdiyi konfransda 100-ə yaxın məruzə dinlənilib.

 

 

 

 

 

 

 

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin