30 May 2020 13:42

Azərbaycanda dezinfeksiya bəhanəsi ilə evlərə girib oğurluq edirlər? – Səs yazısı yayıldı

Azərbaycanda “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə yayılan daha bir səs yazısı böyük rezonans doğurub.

Kimliyi məlum olmayan bir nəfər şəxs koronavirusa görə dezinfeksiya adı ilə evlərə girib, oğurluq edildiyini deyib. Həmin şəxs dezinfeksiya bəhanəsi ilə gələnlərin ev sahiblərini qaz balonu ilə yuxuya verdiklərini, daha sonra evdən oğurluq etdiklərini bildirib:

“Mənə indi bir xəbər verdilər, evlərə koronavirusu dezinfeksiya etmək adı ilə gəlirlər. Qaz balonları var, adamı yuxuya verir. Sonra da evi süpürüb aparırlar. Dezinfeksiya adı ilə kim qapını döysə, açmayın”.

Sözügedən səs yazısını təqdim edirik:

(yenisabah.az)

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri