14 İyul 2020 11:45

Koronavirusla bağlı analiz: Harada verilir? – BAŞ İNFEKSİONİST

Dünya ölkələrində koronavirusun sürətlə yayılması və qonşu ölkələrdə də qeydə alınması səbəbindən Azərbaycanda da zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İrandan gəlmiş şəxslərin koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi, Gürcüstan və Belarusda Azərbaycandan keçən şəxsdə virusun aşkarlanmasına dair xəbərlər koronavirus təhlükəsini artırır.

Rəsmi məlumatlara görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin müvafiq laboratoriyaları koronavirusla bağlı hazır vəziyyətdə öz fəaliyyətini davam etdirir.

Laboratoriyalar COVID-19 koronavirusun müayinəsi üçün PZR (Polimeraz Zəncirvari Reaksiya) dəstləri, Fərdi Mühafizə Vasitələri, dezinfeksiyaedici vasitələrilə təmin olunub. Eyni zamanda, müvafiq bölmənin əməkdaşları bu xəstəliyin laborator müayinəsi ilə əlaqədar xüsusi təlimlərə cəlb olunub. Bundan əlavə, COVID-19 infeksiyası ilə əlaqədar 3-cü səviyyəli biotəhlükəsizlik mobil səhra laboratoriyası da hazır vəziyyə gətirilmişdir. Xəstəliyə hər hansı şübhə yaranarsa, dərhal mobil dəstə operativ şəkildə Respublikanın istənilən ərazisinə ezam oluna və qısa zaman ərzində müayinələri həyata keçirə bilər.

Maraqlıdır, koronavirusun müayinəsi necə aparılır? Hansı müayinə və nümunələrlə bu virusa yoluxub-yoluxmamağı bilmək olar?

Azərbaycanın baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında deyib ki, koronavirusun müayinəsi adi nümunədir:

“Qan analizi və əsnəkdən yaxma götürülə bilər. Nümunələr müvafiq xəstəxanaya təqdim olunur və maksimum bir gündən sonra müayinənin cavabları hazır olur. Bu nümunələr yalnız Təhlükəli İnfeksiyalara qarşı Mübarizə Mərkəzində yoxlanılır və cavablandırılır. Koronavirusla bağlı nümunə vermək üçün istənilən xəstəxanaya müraciət etmək olmaz. Yalnız xəstəxananın Təhlükəli İnfeksiyalara qarşı Mübarizə Mərkəzinə göndərişi ilə bu nümunələri vermək olar”. 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin