Bz. Apr 5th, 2020

Koronavirusla bağlı daha bir TƏŞVİŞ – DİN açıqlama verdi

Bu günlərdə sosial şəbəkələrdə yayılan daha bir qeyri-müəyyən səs yazısı insanlar arasında narahatlıq yaradıb. Həmin səs yazısına görə, naməlum şəxslər koronavirusun yayılmasının qarşısını almaq məqsədilə mənzillərə daxil olaraq evləri qarət edirlər.

Turkustan.info bildirir ki, konkret.az bu xəbərə əsasən, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova müraciət edib. E.Zahidov məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu xəbərlər dezinformasiyadir: “Bizə belə bir müraciət daxil olmayıb. Əgər insanlar belə bir hadisə ilə qarşılaşarlarsa, dərhal polisə müraciət etsinlər”.

Qeyd edək ki, mənzilləri dezinfeksiya etmək adıyla qapıların döyülməsi faktıyla bağlı redaksiyamıza da informasiyalar daxil olub. Odur ki, əhalini daha diqqətli olmağa çağırırıq.

Paylaş:

mersin escort bayan mersin escort