04 Avqust 2020 21:38

Koronavirusun yayıldığı İtaliyada Roma Papası da xəstələndi

Koronavirusun sürətlə yayıldığı İtaliyada Roma Papası I Fransisk Vatikanda Müqəddəs Pyotr meydanında kütləvi ibadət mərasimindən sonra xəstələnib və özünü pis hiss edir.

Turkustan.info xarici KİV-lərə istinadən xəbər verir ki, katoliklərin dini lideri meydanda dindarlarla ünsiyyətdən sonra özünü pis hiss edib. Papa meydana toplaşanların əllərini sıxıb, onunla görüşmək istəyənləri geri qaytarmayıb. İbadət zamanı meydanda 12 minə yaxın adam olub, üstəlik onların çox az qismində tibbi maska olub.

İbadətdən sonra 83 yaşlı pontifik özünü pis hiss etməyə başlayıb, onun tez-tez asqırdığı və öskürdüyü, halsız olduğu müşahidə olunub. “Assosiated press” xəbər verir ki, Papa xəstələndiyi üçün Sardiniya kommunasındakı San-Covanni kilsəsində bu günə nəzərdə tutulmuş ibadət mərasimində iştirak edə bilməyəcək.

Vatikanın yaydığı rəsmi açıqlamada deyilir ki, Papa “özünü bir az pis hiss etdiyi üçün” iqamətgahında qalmağa üstünlük verib. Onun bütün qalan tədbirləri qüvvədə qalır.

Xatırladaq ki, İtaliya koronovirusun ən çox yayıldığı Avropa ölkəsidir. Hazırda bu ölkədə 400-dən çox yoluxma halı qeydə alınıb, azı 16 nəfər ölüb.   /Virtualaz.org/

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin