04 İyun 2020 08:40

Qərargahdan Azərbaycanda koronavirus tapılması xəbərinə FƏRQLİ MÖVQE

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah ölkədə ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Operativ qərargahdan “Report”a verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.

Məsələ ilə bağlı Qərargahın “Qaynar xətti”ndən Cebhe.info-ya verilən məlumatda isə xəbərin həqiqəti əks etdirmədiyi bildirilib:

“Biz koronavirusun aşkarlanmasını təsdiq etməmişik. Səhv məlumatdır. Elə bir şey yoxdur”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri