Bz. Apr 5th, 2020

ÜST xəbərdarlıq edir: Tibbi maskalar zərərli ola bilər, əgər…

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarik Yazareviç tibbi maskaların təhlükəli ola biləcəyinə dair xəbərdarlıq edib.

Turkustan.info xəbər verir ki, ÜST bu maskaların taxılması və məhvi qaydalarını dərindən bilməyin vacibliyini vurğulayıb. Əks təqdirdə, onlar təhlükə daşıya bilər.

Yazareviçin sözlərinə görə, tibbi maskaları artıq xəstələnmiş şəxslər taxmalıdırlar. Həmçinin onlara tibbi yardım göstərənlərin də maska taxması vacibdir. Sağlam adamın maska vasitəsilə virusdan qorunması barədə fikirlər hələlik təsdiqlənməyib. ÜST sağlam şəxslərin maska vasitəsilə virusdan qorunacağına dair fikirlərə inanmağa çağırıb.

Ekspertlər bildiriblər ki, tez-tez əlləri və üzü dezinfeksiya etmək lazımdır. ÜST tənzif və parça maskadan istifadənin qətiyyətlə tərəfdarı deyil.

Xatırladaq ki, artıq dünyada 85 min nəfər koronavirusa yoluxub. Azərbaycanda da artıq bir yoluxma faktı təsdiqlənib.   /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort