09 İyul 2020 02:37

Güney azərbaycanlı pəhləvan həbs edilib – Harada saxlandığı bilinmir

Güney Azərbaycan milli hərəkatının fəalı, idmançı, ağırlıqqaldıran Kərim İsmayılzadə saxlanılıb.Pəhləvan ETTELAAT əməkdaşları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb. Qeyd edək ki, Kərim İsmayılzadə İranda keçirilən son parlament seçkilərinə aktivliyi ilə seçilib. Beləki tanınmış idmançı Sulduz və Urmiyaya gedərək insanları seçkilərdə türk millət vəkillərinə səs verməyə çağırıb. Onun və digər milli hərəkatçıların fəaliyyəti nəticəsində Urmiyada seçkiləri türk namizədlər qazanıb. Bundan qəzəblənən Urmiyanın kürd valisi ondan hakimiyyət orqanlarına şikayət edib. Şikayət əsasında Kərim İsmayılzadə saxlanılıb. Onun harada saxlanıldığı məlum deyil. Qeyd edək ki, Kərim İsmayılzadə dəfələrlə beynəlxalq yarışlarda qalib gəlib, Avropa çempionu olub. 2019-cu ildə İstanbulda keçirilən Avropa çempionatının seçmə mərhələsində birinci yeri tutub. Kərim İsmayılzadə Urmiyada seçicilərlə izdihamlı görüş keçirib. İnsanlar xalq tərəfindən sevilən pəhləvanın başına toplaşıblar. Mitinqdə çıxış edən Kərim İsmayılzadə milli şüarlar səsləndirib. Onun “Torpaq namusumuzdur. Torpağımıza göz dikənlər bilsinlər ki, canımız verərik, torpağımızı yox” fikirləri Urmiyanın kürd valisini qəzəbləndirib. Xatırladaq ki, kürdlər qədim Azərbaycan torpağı olan Urmiyaya iddia edirlər.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin