02 İyun 2020 03:43

İran parlamentinin yeni deputatı virusdan öldü

İranın Gilan vilayətində 21 fevralda 11-ci parlament seçkilərində deputat seçilən Məhəmməd Əli Ramazani Dəstək vəfat edib.

Turkustan.info xəbər verir ki, bu barədə İran KİV-i məlumat verib.

Yeni seçilən iranlı deputatın ölüm səbəbi qrip göstərilib.

Ramazani Dəstək İran-İraq arasında 1980-1988-ci illərdə uzun sürən müharibədə iştirak edib.

Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 34 nəfər dünyasını dəyişib, 388 nəfər bu virusa yoluxub.

İranda sayca 11-ci parlament seçkiləri 21 fevralda keçirilib. Parlament seçkilərində mühafizəkarlar qalib gəliblər. Seçkilərdə seçici fəallığı 42,5% olub. (modern.az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri