02 İyun 2020 03:21

Türküstanda “Xocalı qətliamını unutma” adlı anım tədbiri təşkil olunub – FOTOLAR

Türküstanda “Xocalı qətliamını unutma” adlı anım tədbiri təşkil olunub.

Turkustan.info Azərbaycanın Qazaxıstandakı Səfirliyinə istinadla xəbər verir ki, Qazaxstanın Türküstan şəhərində yerləşən Əhməd Yəsəvi Universitetində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım mərasimi təşkil olunub.

Universitetdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü, Əhməd Yəsəvi Universitetinin rəhbərliyi və Çimkənd şəhərindəki Azərbaycan icmasının dəstəyi ilə baş tutan tədbirdə Universitetin rektoru, professor-müəllim heyəti, tələbələr, habelə, Türküstan vilayəti və Çimkənt şəhərində yaşayan diaspora nümayəndələri iştirak edib.

Tədbirdə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi görünməmiş vəhşiliklər və soyqırım cinayəti haqqında geniş məlumat verilib.

Universitetin prorektoru, professor Cengiz Tomar qeyd edib ki, bu cür vandallıq aktları erməni daşnakları tərəfindən hələ ötən əsrin əvvəllərində Türküstanda, Anadoluda və Qafqazın müxtəlif bölgələrində də törədilib. Cəzasız qalan azğın düşmən əsrin sonunda eyni cinayəti Xocalıda təkrarlayıb, yüzlərlə günahsız qoca, qadın və uşağı qətl edib. Eyni zamanda, Azərbaycan əraziləri işğal olunub.

Çimkənd şəhərindəki Azərbaycan icmasının rəhbəri Natiq İbrahimov Xocalı soyqırımının bütün insanlıq əleyhinə cinayət olduğunu, ona görə də hər kəs tərəfindən qınanması gərəkdiyini qeyd edib. O, təşkilatçılağa və dəstəyə görə Əhməd Yəsəvi Univeristetinin rəhbərliyinə təşəkkür edib.

Tədbirdə şəhidlərin ruhuna dualar oxunub, tələbələr tərəfindən türk dünyasını birlik və bərabərliyə səsləyən vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri