20 Yanvar 2021 10:14

Əsəd İdlibdə darmadağın edildi: Akar nəticələri açıqladı – VİDEO

Fevralın 27-də İdlibdəki mənfur hücuma cavab olaraq başladılan “Bahar qalxanı” əməliyyatı uğurla davam etdirilir.

Bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

“İndiyə kimi 1 PUA, 8 helikopter, 103 tank, 72 artilleriya qurğusu, 3 hava hücumundan müdafiə sistemi və 2212 rejim əsgəri məhv edilib”, – Akar bildirib.

Akarın sözlərinə görə, Türkiyənin Rusiya ilə qarşı-qarşıya gəlmək niyyəti yoxdur:

“Məqsədimiz Suriya rejiminin qətliamına son verməsi, radikallaşmanın və köçün qarşısının alınmasıdır. Rusiyadan gözləntimiz rejimin hücumları dayandıraraq, Soçi razılaşması çərçivəsindəki sərhədlərə çəkilməsi üçün təsir göstərməsidir”.

/Axar.az/

Paylaş: