Ça. Mar 31st, 2020

Elçibəy İsgəndər Həmidov haqqında bu sözləri niyə deyib? – VİDEO

1992-93-cü illərdə Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycanın Daxili işlər naziri olmuş İsgəndər Həmidov 72 yaşında vəfat edib.

İsgəndər Həmidov

Turkustan.info xəbər verir ki, mərhum Prezident Əbülfəz Elçibəy 1998-ci ildə ANS telekanalına müsahibəsində deyib ki, İsgəndər Həmidovun nazir kimi fəaliyyətindən, həmçinin istefasından danışıb.

Bildirib ki, Kəlbəcərin işğalından sonra İsgəndər Həmidov vəzifəsindən könüllü istefa verib: “İsgəndər Həmidov mənə dedi ki, Kəlbəcər gedəndən sonra özümü mənəvi sınıq hiss edirəm, artıq öz adamlarıma əmr verəndə görürəm ki, əmrim yumşaq çıxır. Görürəm ki, əmrimin effekti düşüb Kəlbəcər getdiyinə görə, ona görə də mən istefa verirəm”.

Həmin müsahibədə Əbülfəz Elçibəy bildirib ki, İsgəndər Həmidov prezidenti onun istefasına razı salmaq üçün təzyiq göstərib: “Prezident otağında pəncərə açıq idi, getdi pəncərinin yanına, mənə dedi ki, istəyirsən özümü burdan atım, balalarım yetim qalsın?! Sənin mənimlə nə qəsdin var?.. Çox əsəbiydi, gərginiydi, üzünə qan vurdu, qıpqırmızı qızardı. Mən fikirləşdim ki, bu, artıq ağır şeylərdi, dedim, özün bilərsən, mən daha müqavimət göstərmirəm”.

Paylaş:

mersin escort bayan mersin escort