23 Yanvar 2021 14:18

Sürücülər və sərnişinlərin nəzərinə: Koronavirusdan necə qorunmaq lazımdır? – Video

Minik avtomobillərinin sürücüləri və ictimai nəqliyyatdan istifadə edən sərnişinlər koronavirus təhlükəsi ilə bağlı daha diqqətli olmalıdırlar. Bu məqsədlə onlar bir sıra qaydalara əməl etməlidirlər.

“Turkustan.info xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov koronavirusla bağlı minik avtomobillərinin sürücülərinə bir sıra tövsiyələr verib.

O, bildirib ki, sürücülər avomobillərində sağlamlığına əmin olmadıqları sərnişin olduqda onun düşməsindən sonra bütün şüşələri endirilməli, imkan olduqda hətta qapıları açmaqla salon havasını dəyişməli, onun toxunduğu yerlər dezinfeksiya edilməlidir. Bununla yanaşı tövsiyə olunur ki, avtomobildə hər ehtimala qarşı tibbi maska saxlamağa çalışmaq lazımdır.

Koronavirusla bağlı ictimai nəqliyyatdan istifadə edən sərnişinlər də bəzi qaydalara əməl etsələr bu virusdan qorunmuş olarlar.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

 

Paylaş: