Türkiyə bu gün Əsədin ikinci təyyarəsini vurdu – VİDEO
Türkiyə hava qüvvələri bu gün Bəşər Əsəd rejiminə aid ikinci qırıcı təyyarəni də İdlib yaxınlığında məhv edib.
Turkustan.info xəbər verir ki, bu barədə Reuters Agentliyi rejimin rəsmi televiziyasına istinadla məlumat yayıb.
Xəbərdə pilotların paraşütlə canlarını qurtardıqları bildirilir.