Bz. Mar 29th, 2020

Ərdoğan Putinlə görüşdən danışdı: Siz də payınızı alacaqsınız

“Həftənin 4-cü günü Moskvaya gedəcəm və hörmətli Putinlə müzakirələr aparacam”.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Putinlə görüşdə Suriyada atəşkəs və digər məsələləri müzakirə edəcək, sürətli nəticə əldə edəcəklər.
Türkiyə prezidenti miqrantların Avropaya getməsi üçün qapıları açmaları haqda da danışıb.
“1,5 milyon miqrantı sərhədlərimizə sürükləməklə bizi yükləmək istəyirlər. Aylar öncə Qərb bu yükü paylaşmasa, qapıları açacağıq demişdik. Ciddi qəbul etmədilər. İndi qapıları açanda telefonlar susmaq bilmir. Qapıları bağlayın deyirlər. Amma artıq bu iş bitdi. Siz də bu yükdən payınızı alacaqsınız”, – Ərdoğan bildirib.
Türkiyə prezidenti bu gün axşam Bolqarıstanın baş naziri ilə görüşəcəyini, Almaniya kansleri Angela Merkellə telefonda müzakirələr aparacağını bildirib. (publika.az)

Paylaş:

mersin escort bayan mersin escort