24 Yanvar 2021 22:21

Bu ölkədə fahişələrə yaşıl işıq yandırıldı – Daha polis cəzalandırmayacaq

Rusiya hüquq müdafiəçiləri Rusiya Federasiyasının yeni inzibati xətalar haqqında məcəlləsinin layihəsi ilə bağlı Ədliyyə Nazirliyinə təkliflər göndəriblər. Onların təklifləri arasında cinsi xidmət göstərilməsi üçün cəzanın ləğvi də var.

Turkustan.info xəbər verir ki, bu haqda məlumatı “Kommersant” qəzeti yayıb.

Hüquq müdafiəçiləri hesab edirlər ki, fahişələrin adları Daxili İşlər Nazirliyinin xüsusi bazasına düşdüyünə görə onların gələcək həyatları məhv olur, bu da nəticədə korrupsiya səviyyəsini artırır.

“Gümüş qızıl gül” hərəkatının rəhbəri İrina Maslova deyir ki, fahişələrlə bağlı 20 istintaq işindən yalnız biri məhkəməyə gedir, digər hallarda qadın hüquq-mühafizə orqanlarına könüllü olaraq rüşvət verir, ya da qarşı tərəf o pulu zorla alır.  /konkret.az/

Paylaş: