27 Yanvar 2021 20:21

ÜST-ün əməkdaşı koronavirusa yoluxdu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İrandakı bölməsinin əməkdaşı yeni növ COVID-19 koronavirusuna yoluxub.

Turkustan.info xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adanom Gebreyesus bildirib.

A.Gebreyesus bildirib ki, ÜST-nin İrandakı ofisinin əməkdaşından götürülən analizin cavabı müsbət olub.

ÜST-nin baş katibinin sözlərinə görə, təşkilatın əməkdaşı xəstəliyi yüngül formada keçirir.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 1501 nəfərin yeni koronavirusa yoluxduğunu, 66 nəfərin öldüyünü və 291 nəfərin sağaldığını təsdiqləyib.   /Modern.az/

Paylaş: