C. Apr 3rd, 2020

Xameneyinin müşaviri koronavirusdan öldü

İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusa (COVİD -19) yoluxaraq vəfat edib.

Turkustan.info “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, 71 yaşlı S.M.Mirməhəmmədi Tehrandakı xəstəxanalardan birində həyata gözlərinin yumub.

Bununla da İranda ilk dəfə yüksək vəzifəli dövlət məmuru COVİD-19 virusuna görə həyatını itirib.

İranda ümumilikdə 978 yoluxma faktı aşkarlanıb, onlardan 54-ü ölümlə nəticələnib.

Ölkədə koronavirusa yoluxanlar arasında 5 dövlət məmuru (İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zünnur, vitse-prezident Məsumə İbtikar, Səhiyyə nazirinin müavini İrəç Hərirçi və Qum Tibb Universitetinin rektoru Məhəmməd Rza Qədir) var. İran İslam Şurası Məclisinin deputatı Məhəmmədəli Ramazani isə COVİD-19 xəstəliyinə yoluxaraq dünyasını dəyişib.  /Yenisabah.az/

Paylaş:

mersin escort bayan mersin escort