24 Yanvar 2021 20:05

29 mart istehsallı SƏBA toyuqları – Şirkət səbəbi 29 fevrala bağladı – FOTO

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C. Qurbanov küçəsi, məh. 4057/4060 ünvanında yerləşən “Xəzər” marektdən aldığım “SƏBA” istehsalı olan toyuqların üzərində istehsal tarixi olaraq 29 mart 2020-ci il göstərilib. Satıcıya hələ mart ayının əvvəlində olduğumuzu xatırlatdıqda isə bunu şirkət tərəfindən yol verilən texniki yanlışlıq olduğunu bildirib.

Məsələ ilə bağlı “SƏBA” Açıq Səhmdar Cəmiyyətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu, fevral ayının 4 ildən bir təsadüf edilən 29 gün olması ilə əlaqədardır:

“Məsələni istehsal və qablaşdırma sahəmizlə dəqiqləşdirdik. Fevralın 29-u tarixini yeni tərəzilərimizə “tanıtmaq” lazım olduğundan qablaşdırmada belə bir yanlışlıq yaranıb”.

“SƏBA” ASC-dən həmçinin bildirilib ki, marketlər adətən belə halda məhsulu bizə geri qaytarırlar:

“Lakin bu dəfə bizə geri qaytarmayıb, özləri yeni tarix vurduqlarından məhsulu geri yığmaq imkanımız olmayıb. Diqqət yetirdiyiniz və məhsulumuzun istifadəçisi olduğunuz üçün təşəkkür edirik”.

Qeyd edək ki, bu il fevral ayı 29 gündən ibarət olub. Fevral ayının 4 ildən bir  29 gün olması  isə, yerin günəş ətraflnda  tam dövrə  vurması ilə əlaqələndirilir. Bir il 365 gün 6 saat çəkir. Bu 6 saatlar 4 ildən bir 24 saat – yəni 1 gün edir. Ona görə də 4 ildən bir fevral ayı 29 gün olur.

Paylaş: