Ç. Apr 8th, 2020

ABŞ Əfqanıstandakı ordusunu İdlibə gətirir? – Şərh

ABŞ-ın terror təşkilatı adlandırdığı Talibanla danışıqlar masasına oturub razılığa gəlməsi regionda nüfuzuna təsir edəcək. Bu müqavilə ABŞ-ı dünyada terrorla mübarizə aparan ölkə deyil, terror təşkilatı ilə razılığa gələn ölkə olaraq tanıdacaq.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Talibanla razılaşmaya uyğun olaraq ABŞ qoşunlarının 135 gün ərzində Əfqanıstandan çıxması və hərbçi sayının 8600-ə qədər azaldılması ilə bağlı razılaşma haqda danışarkən deyib. O bildirib ki, hazırda ABŞ-ın Əfqanıstanda 14 mindən çox hərbi kontingenti mövcuddur:

“Taliban terror təşkilatı ilə ABŞ Qətərin paytaxtı Dohada sülh görüşlərinin yekunu olaraq bir razılaşma əldə edib.

İŞİD-in Yaxın Şərqdə məğlub olmasının ardından onun qalıqlarının ABŞ tərəfindən Əfqanıstana gətirildiyi düşünülür. Taliban hərəkatı bu gün çox mürəkkəb bir struktura malikdir. Tərkibində İran, Pakistan, Rusiyaya meyilli qüvvələr var. Bu mənada deyə bilərik ki, ABŞ vahid bir Talibanla deyil, onun bəzi qruplaşmaları ilə müqavilə imzalayıb”.

Politoloq qeyd edib ki, ABŞ qoşunlarının hərbçi sayının 8600-ə qədər azaldılması Əfqanıstandan tam çıxması demək deyil:

“Fikrimcə, ABŞ-ın Əfqanıstandan tamamilə çıxması mümkün deyil, çünki bu ölkə son dərəcə vacib coğrafi mövqeyə malikdir. Bu mənada Əfqanıstan ABŞ üçün regionda açar dövlətdir. Əfqanıstandan Çinə, Pakistana, Mərkəzi Asiya ölkələrinə və İrana birbaşa çıxış mövcuddur. Bu mənada ABŞ təsadüfən burda hərbi kontingent yerləşdirməyib. ABŞ-ın Əfqanıstandan çıxaracağı qoşunları hara yerləşdirməsi məsələsi isə olduqca maraqlıdır. Bu gün belə bir düşüncə var ki, ABŞ İdlib ətrafında gedən siyasi gərginlik fonunda bu qüvvələri Suriyaya yönəldəcək. Lakin düşünmürəm ki, ABŞ qüvvələrini Suriyaya Türkiyəyə köməyə göndərsin. Digər tərəfdən Türkiyənin belə bir köməyə ehtiyacı da yoxdur. Məncə, ABŞ Əfqanıstandan çıxarılan hərbi qüvvələrin silah-sursatı ilə regionda fəaliyyət göstərən radikal qruplaşmaları bir araya gətirib, burada yenidən bir güc formalaşdıra bilər. Bu, daha real bir ssenaridir”.

Qeyd edək ki, 29 fevralda ABŞ, Əfqanıstan və Taliban arasında sülh müqaviləsi imzalanıb.

Paylaş:

mersin escort bayan mersin escort