C. Apr 3rd, 2020

Rejim əsgərləri gizlənməyə deşik axtarır – Baxçalı

Rejimin İdlib hücumundan sonra “Bahar qalxanı” əməliyyatı başladıldı. Alınacaq qisasımız var. Rejim əsgərləri gizlənməyə deşik axtarırlar.

Turkustan.info  xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

“Türkiyə İdlibdəki müharibə oyunlarının içində deyil. Məqsədimiz vətənimizin, sərhədimizin, torpağımızın və insanlarımızın təhlükəsizliyini təmin etməkdir. Əgər İdlibdən geri çəkilsək, Hataydan da ola bilərik. Bu baş verərsə, Suriyadakı xaosu Anadoluda görə bilərik”, – partiya sədri vurğulayıb.

Qeyd edək ki, Sputnik agentliyində Hatayla bağlı “Oğurlanan şəhər: Suriyanın bir hissəsi 80 il əvvəl Fransa tərəfindən niyə Türkiyəyə verildi?” başlıqlı təxribat xarakterli məqalə yayımlanmışdı.   /Axar.az/

Paylaş:

mersin escort bayan mersin escort