Ç. Apr 8th, 2020

Suriyada dönüş: “İplər” artıq Türkiyənin əlində

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında növbəti görüşün tarix məlum olub.

Prezidentlər arasında görüş martın 5-də baş tutacaq. Moskvada keçiriləcək görüşdə Suriyanın İdlib vilayətində yaşanan gərginlikdən çıxış yolları müzakirə ediləcək. Bu görüşün əvvəlkilərdən bir sıra fərqi var. Əvvəlki görüşlər zamanı Türkiyə öz hərbi iradəsini nümayiş etdirməmişdi və çalışırdı ki, bu məsələni Rusiya ilə danışlarla yoluna qoysun.

Lakin buna baxmayaraq, Rusiyanın dəstəklədiyi Əsəd qüvvələri Türkiyənin İdlibdəki mövqelərini bombardman edir və əsgərlərini öldürürdü. Amma Türkiyənin həyata keçirdiyi son əməliyyatlarda rejim qüvvələri hərəkətsiz hala gətirildi. Türkiyə öldürülən əsgərlərinə görə rejim qüvvələrinə cavab zərbəsi endirib. Eyni zamanda Türkiyə dövləti Əsəd rejimindən azad etdiyi ərazilərdə öz əlini möhkəmləndirdi. Xatırladaq ki, Türkiyənin Əsəd rejiminə fevralın sonuna qədər verdiyi vaxt başa çatıb. Ona görə Türkiyə Suriyada fevralın 27-də əməliyyat başladıb. Martın 1-də isə bu əməliyyata “Bahar qalxanı” adı verilib və rejim güclərinə sarsıdıcı zərbələr endirilib. Yəni nəticə olaraq Türkiyənin Suriyada, xüsusi ilə də İdlibdə əli möhkəmlənib. Artıq danışıqlar masasında Türkiyə Rusiyanın əvvəlki görüşlərdə ortaya qoyduğu xəritə ilə qarşı-qarşıya qalmayacaq. Ekspertlər 5 mart görüşünün əvvəlki görüşlərdən fərqli olacağı qənaətindədir.

“Cümhuriyət”ə açıqlamasında politoloq Natiq Miri deyib ki, Soçi razılaşmasının şərtləri hazırkı vəziyyətdə Türkiyəni qane etməməlidir:

“5 martda baş tutacaq Moskva görüşündə danışıqlar məzmunca əvvəlkilərdən fərqli olacaq. Çünki cəbhə xəttində Türkiyənin mövqeləri güclənib. Türkiyə dünən axşama (srağagün-red) qədər İdlibin de-eskalasiya bölgəsindəki strateji məntəqələri və əlavə 9 kəndi rejim güclərindən azad edib. Son bir neçə gündə aparılan əməliyyatlarda Əsəd hərbi qüvvələri demək olar ki, tamamilə iflic vəziyyətinə gətirilib. Yəni Türk qüvvələri tərəfindən rejim gücləri tam fəaliyyətsiz və hərəkətsiz vəziyyətə gətirilib. Çünki hərəkət edən hər bir obyekti Türk ordusu nöqtə vuruşları ilə zərərsizləşdirir. Bu da masada Türkiyənin əlini gücləndirir. Danışıqlarda söhbət əvvəl Rusiyanı tərtib etdiyi xəritədən deyil, yeni bir xəritənin hazırlanmasından gedir. Rusiyanın əvvəlki danışıqlarda Türkiyənin qarşısına qoyduğu xəritədə müəyyən ərazilərin Suriyanın nəzarətində olması tələb olunurdu. Həmin əraziləri Rusiyanın dəstəyi ilə Əsəd rejimi tutmuşdu və Rusiya orada rejimin hakimliyini istəyirdi. İndi isə məsələ fərqlidir. Həmin ərazilər Türkiyənin nəzarətinə keçib və görüşdə də onun nəzarətində qalması tələb olunacaq. Ona görə də yeni xəritə hazırlanmalıdır. Türkiyə prezidentinin dünənki çıxışında bu məsələdə heç bir güzəştə gedilməyəcəyi ifadə olunub. Soçi anlaşması yenilənməlidir. Yəni Soçi anlaşmasında Əsəd qüvvələrinin İdlibin de-eskalasiya bölgəsindən kənara çıxarılması nəzərdə tutulurdu. Düşünürəm ki, bu kifayət deyil. De-eskalasiya bölgəsində əlavə də yeni bir təhlükəsizlik zonası yaradılmalıdır ki, bu bölgədəki insanlar rahat və təhlükəsiz yaşaya bilsinlər. Çünki Soçi anlaşması ilə Türkiyə öz əsgərlərinin və oradakı dinc əhalinin təhlükəsizliyini tam təmin edə bilməyəcək. Bunu son günlər Türkiyə əsgərlərinin öldürülməsi və dinc əhalinin bombalanması bir daha sübut etdi. Bu hadisələr, eyni zamanda onu da göstərdi ki, Rusiyanın altına imza atdığı heç bir sənəd adi kağız parçasından başqa bir şey deyil və ona bel bağlamaq olmaz. Heç kim zəmanət verə bilməz ki, razılaşmadan sonra güc toplayan Əsəd rejimi və onu dəstəkləyən qüvvələr Türkiyənin mövqelərinə hücuma keçməyəcək”.

Politoloq hesab edir ki, Türk əsgərlərinin öldürülməsindən və “Bahar qalxanı” hərəkatının başlamasından sonra Əsəd rejiminin hakimiyyətdə qalma ehtimalı yoxdur:

“Hələb şəhəri Əsəd rejiminin ürəyi sayılır. Düşünürəm ki, Hələb də Türkiyə ordusunun nəzarətinə keçməlidir. Bundan sonra Rusiya ilə hansısa danışıqlardan söhbət gedə bilər. Çünki birmənalı şəkildə bəllidir ki, Türkiyə əsgərlərinin öldürülməsi və “Bahar qalxanı” hərəkatından sonra gələcək siyasi perspektivdə Əsəd rejiminin hakimiyyətdə qalma şansı yoxdur. Buna Türkiyə imkan verməyəcək. Bu Rusiya prezidentinin də diqqətinə çatdırılıb. Məhz buna görə Ərdoğan Putinə sual verib ki, Rusiyanın Suriyada nə işi var? Ona görə də Ərdoğan Putinə deyib ki, bizi Əsədlə üz-üzə buraxın. Çünki belə olarsa, qısa müddət ərzində Suriya ordusu iflic vəziyyətə gətiriləcək və Əsəd rejimi hakimiyyətdən uzaqlaşdırılacaq. Ona görə də düşünürəm ki, yeni təhlükəsizlik zonası yaradılmalı, Hələb Türkiyə ordusunun nəzarətinə keçməli və Əsəd rejimi hakimiyyətdən salınmalıdır. Düşünürəm ki, Türkiyənin əli bir də heç zaman belə güclü olmayacaq. Türkiyənin hazırdakı bir üstünlüyü də onun beynəlxalq təşkilatlar və Qərb dünyası tərəfindən dəstəklənməsidir. Yəni Türkiyə bu gün haqlı tərəfdir. Bu imkan bir daha olmaya bilər. Düşünürəm ki, Moskva görüşündə Türkiyə danışıqlar masasında yuxarıda sadaladığımız bütün iddiaları ortaya qoymalıdır ki, Suriya məsələsi birdəfəlik bitsin. Çox güman ki, Türkiyə görüşdə elə bu məsələləri də gündəmə gətirəcək. Çünki “Bahar qalxanı” əməliyyatının başladılması və prosesin dünya praktikasında analoqu olmayan səviyyədə aparılması Rusiya üçün gözlənilməz oldu. Çünki aparılan əməliyyatlar nəticəsində, nəinki rejim əsgərləri, eləcə rus muzdluları da hərəkətsiz vəziyyətdə qalıb. Ərdoğanın çıxışlarından da məlum olur ki, Moskva görüşündə birmənalı olaraq ən azından İdlibin de-eskalasiya bölgəsindən Əsəd rejiminin dərhal qeyd-şərtsiz çıxarılması məsələsi qoyulacaq və təmin olunacaq. Amma dediyim kimi, bu Türkiyə üçün yetərli deyil və Ərdoğan başlanılan əməliyyatların dayandırılmayacağını da bildirməlidir. O, qeyd etməlidir ki, əgər rejim əsgərləri tərəfindən hər- hansı bir hücum olunarsa, Türkiyənin nöcbəti hədəfi Hələb deyil, Dəməşq olacaq. Yalnız bu dildə danışmaqla Türkiyə problemi həll edə bilər. Düşünürəm ki, Moskva görüçündə çox sərt bir dialoqu müşahidə edəcəyik”.   /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort