C. Apr 3rd, 2020

İrana daha bir şok: Nazir də koronavirusa yoluxdu – Qonşu ölkədə dramatik vəziyyət

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin də Koronavirusa (Kovid-19) yoluxduğu açıqlanıb.

Turkustan.info xəbər verir ki, İranda yayımlanan “Əsriran” xəbər saytının məlumatına görə, Rəhmaniyə Kovid-19 diaqnozu qoyulub. Müalicə olunduğu Tehran İmam Xomeyni xəstəxanasından başqa bir xəstəxanaya köçürüldükdən sonra reanimasiya şöbəsinə gətirilən Rəhmaninin əvvəlki günlərlə müqayisədə vəziyyətinin yaxşılaşdığı bildirilib.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 77-yə yüksəlib, epidemiyaya yoluxanların sayı isə 2 min 336 nəfərə çatıb. Koronavirusa yoluxanlar arasında vitse-prezidenti Masumə İbtikar, səhiyyə nazirinin müavini İrəç Hərirçi və 23 deputat var.

İranın aparıcı ruhanilərindən biri, ölkənin Vatikandakı keçmiş səfiri höccətülislam Hadi Xosrovşahi və Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhammədi virusdan ölüb.   /Avropa.info/

Paylaş:

mersin escort bayan mersin escort