Bz. Mar 29th, 2020

Türkiyə daha bir unikal silahını ordunun xidmətinə verdi – Ən təhlükəli bölgələrə daxil olur və… – VİDEO

Türkiyə Silahlı Qüvvələrinin arsenalına yeni silah daxil edilib.

Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət şirkəti tərəfindən tamamilə yerli imkanlar daxilində istehsal olunmuş “Karqu” adlı kamikadze dronlar qısa müddət əvvəl ordunun xidmətinə verilib.

Şirkətin baş direktoru Murad İkinci “Karqu”nun 3 ildir istehsal olunduğunu və terrorla mübarizədə effektiv formada istifadə edildiyini bildirib.

Onun sözlərinə görə, fırlanan qanadlarla yanaşı, sabit qanadlı yeni kamikadze “Alpaqu” pilotsuz uçuş aparatlarının sınaqları davam edir və yaxın zamanda ordusunun xidmətinə veriləcək.

Qeyd edək ki, “Karqu” kiçikölçülü, üzərində silah daşıya bilən drondur. Xüsusi özəlliyi ondan ibarətdir ki, assimmetrik əməliyyatlarda və döyüşlərdə riskli bölgələrə daxil ola bilir və əsgərlər daxil olmadan öncə bölgəyə girərək təhdidləri aradan qaldırır. Hər hansı idarəetmə mərkəzinə ehtiyac duymur. Meydandakı əsgər tərəfindən rahatlıqla istifadə olunur. (publika.az)

Paylaş:

mersin escort bayan mersin escort