28 Yanvar 2021 09:36

Bu gün Milli Məclisin yeni tərkibi bəlli olacaq

Bu gün saat 10:00-da Konstitusiya Məhkəməsinin Plenumunun Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiqlənməsi üzrə iclası keçiriləcək.

Turkustan.info-nun məlumatına görə, iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun və qurumun üzvlərinin iştirakı da gözlənilir.

Dairə seçki komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab versə, Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edəcək.

Konstitusiya Məhkəməsinin Plenumu yoxlama nəticəsində nəticələrin bütövlükdə təsdiq edilməsi, qismən təsdiq edilməsi və ya təsdiq edilməməsi barədə hakimlərin beş səs çoxluğu ilə qərar qəbul edə bilər.

Qeyd edək ki, Azərbaycanda bu ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib.

MSK 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrində seçkinin nəticələrini etibarsız sayıb.
125 seçki dairəsi üzrə 87 məntəqə buraxılıb, 328 məntəqənin nəticələri ləğv edilib.  /Oxu.Az/

Paylaş: