Ça. Mar 31st, 2020

Cavanşir Feyziyevdən KƏSKİN REAKSİYA: “Son 5 ildir “Avromed”-ə aidiyyatım yoxdur”

Apteklərdə tibbi maskaların qiymətinin artması yaxud yoxluğu mətbuatın işıqlandırdığı, cəmiyyəti isə narahat edən məlumatlardandır. Son yayılan xəbərlərdə isə maskaların apteklərdə ümumiyyətlə, tapılmaması faktı yer alıb.

Turkustan.info xəbər verir ki, Haqqın.az-ın əməkdaşı faktla bağlı Cavanşir Feyziyevə şəxsən müraciət edib. Deputat buna emosional və qətiyyətli reaksiya verib.

“ Bəli, vaxtında mən Azərbaycanda “Avromed” farmatevtik şirkətini yaratmışdım, amma 2010-cu ildə deputat seçildikdən sonra icraçı direktor postunu tərk etdim, 2016-cı ildə isə ümumiyyətlə, şirkətin bütün aksiyalarını satdım. Yəni, “Avromed”-ə son 5 ildə heç bir aidiyyatım yoxdur. Amma KİV-də şirkətin müxtəlif problemləri ilə bağlı, indi də maskaların defisiti ilə bağlı addımı hallandırırlar. Bu bəzi KİV nümayəndələrinin qərəzli yanaşmasından xəbər verir. Bu prinsiplə avtomobilini çoxdan satmış şəxsin yenicə törədilmiş qəzaya görə məsuliyyətə cəlb etmək olar.

Əgər hansısa jurnalist tibbi maskaların apteklərdən itməsinin səbəbini müəyyən etmək istəyirsə, qoy farmakoloji şirkətlərə müraciət etsin. Yeri gəlmişkən, “Avromed”lə yanaşı, ölkədə 100-dən artıq şirkət fəaliyyət göstərir. Və əgər maskalarla bağlı problem varsa, prezidentimizin də dediyi kimi situasiyadan öz çirkin işləri üçün istifadə edən tamahkar işbazlar var.

Bir daha təkrar edirəm ki, heç bir bizneslə məşğul deyiləm və özümü sırf qanunverici fəaliyyətə həsr etmişəm. Sizin vasitənizlə bütün KİV-ə xəbərdarlıq edirəm ki, əgər adımı bir də “Avromed”-in işi ilə hallandırsalar, həmin KİV-lə məsələni məhkəmə prosesi çərçivəsində həll edəcəm.

Absurddu: apteklərdə aspirin tapılmır – Feyziyev təqsirlidir, yod tapılmır – yenə Feyziyevin üstünə düşürlər. Maskalara görə isə ümumiyyətlə, həbs tələb edirlər. Nə qədər olar? Mən də insanam  və sakit həyat sürmək istəyirəm”.

Cavanşir Feyziyevlə söhbətdən sonra Haqqin.azın əməkdaşı Avromed rəhbərliyinə müraciət edib. Şirkətin icraçı direktoru Əzizə Baxşıyeva qəbul edib. Şirkət rəhbəri KİV-in maska yoxluğu ilə bağlı ictimai fikri gərginləşdirməsindən gileylənib.

“Biz hər gün aptek şəbəkələrimizə 80 mindən çox maska çatdırırıq və onlar 20 qəpikdən baha olmayan qiymətə satılır. Sonra isə eşidirik ki, həmin maskalar 1 manata satılır. Şirkətimizin deputat Cavanşir Feyziyevlə əlaqəli olması barədə məlumata gəlinəc, bu yalandır. Hazırda onun şirkətimizə aidiyyatı istənilən başqa təsadüfi şəxslə eynidir. Feyziyev 2016-cı ildə tam olaraq şirkətdən gedib. O hazırda Milli Məclisin deputatıdır və onun keçmiş içşçiləri kimi bildiyimiz yalnız bundan ibarətdir. Görünür ki, deputat Feyziyevin və Avromed-in adını ləkələmək istəyən şəxslər var. Buna baxmayaraq, şirkətimizin böyük nüfuzu var və xarici farmakologiya şirkətləri ilə əməkdaşlıq edirik. Şirkətimizdə mindən çox insan var və onlardan heç biri işindən narazı olduğunu deyə bilməz. Biz bu sahədə ən iri vergi ödəyicilərindən biriyik.

Maskalar ətrafında ajiotaj isə anlaşılmazdır. Bu müdafiə vasitələri 10 milyon əhali üçün deyil, xəstələr üçün nəzərdə tutulub. Bundan başqa, maska çatışmazlığı ABŞ, Rusiya və digər ölkələrdə tapılıb. Sadəcə, insanlar koronavirusdan qorxur və maskaları çoxlu miqdarda alırlar. Və təbii ki, bu işdə pul qazanmaq istəyən işbazlar da az deyil”- deyə Avromed-in direktoru deyib.

Paylaş:

mersin escort bayan mersin escort