Ç. Apr 8th, 2020

Dünyada həyat bitə bilər – NASA-dan qorxulu açıqlama

ABŞ Milli Aviasiya və Aeronavtika İdarəsi (NASA) müasir sivilizasiyanın sonunu gətirəcək böyük asteroidin aprel ayında Yer kürəsinə yaxınlaşacağını bildirib.

Turkustan.info dünya mediasına istinadən xəbər verir ki, eni 4.1 km olan bu asteroidə 527668 (1998 OR2) adı verilib. Bu ölçüdəki cisim dünyaya dəysə, planetimizdə həyat bitə bilər. Alimlər hətta 1 km eni olan asteroidin belə qlobal səviyyədə bəşəriyyətin sonunu gətirə biləcəyini qeyd ediblər.
Saniyədə 8,7 km, saatda 31 min 320 km sürətlə hərəkət edən asteroid 29 aprel günü dünyamıza ən yaxın məsafədən keçəcək.
1998 OR2 ilk dəfə 1987-ci ildə Günəşin ətrafında dövrə vururdu və orbiti NASA tərəfindən müəyyən edilmişdi.
NASA-nın açıqlamasına görə, 1998 OR2 dünyaya 0.04205 astronomik vahid yaxınlığında keçəcək. 1 astronomik vahid Yer ilə Günəş arasındakı 150 milyon km məsafəyə bərabərdir. Qısası, asteroid 6,29 milyon km yaxınımızdan keçəcək.
Başqa sözlə, asteroid Yerə Aydan 16 dəfə uzaq məsafədə olacaq.   /BakuPost/

Paylaş:

mersin escort bayan mersin escort