26 Yanvar 2021 06:27

Operativ Qərargah: Koronavirusa yoluxmuş şəxslərin stabildir

Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah koronavirsla bağlı ölkədə görülən işlərlə bağlı brifinq keçirir.

Brifinqdə Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva, Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev, respublikanın baş infeksionisti Cəlal İsayev iştirak edirlər.

Yaqut Qarayeva bildirib ki, koronavirusa yoluxmuş 3 şəxsin vəziyyəti tam stabildir:

“Onların vəziyyətlərində ağırlaşma yoxdur. Ümumiyyətlə hazırda karantin bölgələrində çalışan bütün tibb heyətinin, həkimlərin, orta tibb işçilərinin əməyi yüksək qiymətləndirilir”.

O qeyd edib ki, İranla sərhədi keçən vətəndaşlar 29 fevraldan sərhədlərdə məhdudlaşdırılmış rejim tətbiq olunur. Sərhədi keçmək istəyənlər 276 nəfər xüsusi dəhliz vaitəsilə İrandan Azərbaycana keçirilib. Onların marşrutu əvvəlcədən planlaşdırılmış şəkildə karantin yerinə aparılıb. Karantində olanların hamısından laborator müayinələr götürülüb. Biz diaqnostikanı ÜST-ün müəyyən etdiyi testlər vasitəsilə həyata keçiririk”. (modern.az)

Paylaş: