C. Apr 3rd, 2020

Politoloq: Rəsmi Ankara türkləri tarixi torpaqlarına qaytarır – Video

Suriyada vətəndaş müharibəsinin başlaması, İŞİD-in ortaya çıxması və kürd silahlılarının təzyiqləri nəticəsində bölgədə yaşayan türkmanlar öz torpaqlarından qovulub. Əvəzində isə bu torpaqlara YPG-PYD-PKK terror dəstələri yerləşdirilib.

Turkustan.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın Suriyadakı Atəşkəsi İzləmə Mərkəzinin rəhbəri Oleq Juravlyovun “Türkiyə Suriyada PKK-dan boşaldılan bölgələrə türkmanları yerləşdirərək regionun etnik strukturunu ciddi şəkildə dəyişdirir” sözlərini şərh edərkən deyib.

O bildirib ki, Suriyanın şimalında “Türkman dağı” deyilən bir ərazi var və həmin ərazinin ətrafındakı yaşayış məntəqələri “Türkman eli” adlanır:

“Bu gün Türkiyənin terrorçulardan təmizlədiyi ərazilərə yenidən türkmanları köçürməsində qeyri-adi bir şey yoxdur. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Suriya Milli Ordusunun tərkibində ərəblərlə yanaşı, türkmanlar da döyüşür.

Türkiyə Suriyanın şimalında azad edilən torpaqlara onsuz da suriyalıları yenidən yerləşdirir. Bu türkmanların yenidən öz torpaqlarına köçürülməsi çox təbiidir. Bu gün türkmanlar ərəblərlə birgə həmin ərazilərin təhlükəsizliyini təmin edir.

Son zamanlar Rusiya mətbuatında Türkiyə əleyhinə yalan xəbərlər yayılır. Hətta Türkiyənin İdlibi ilhaq edib Hataya birləşdirməsi kimi sərsəm bəyanatlar da mövcuddur. Türkiyə ordusu Suriyada hərbi əməliyyatlar aparmasaydı belə, 20 mindən çox olan Suriya Milli Ordusunun bu ərazilərə ərəb və türkman xalqı köçürməsi yenə də baş tutacaqdı.

Rusiya tərəfinin belə provokasiya xarakterli məlumatları yayması isə Türkiyənin imicinə zərbə vurmaq məqsədi daşıyır. Nəticə etibarilə türkmanlar tarix boyu bu torpaqlarda yaşayıblar və bu gün də öz torpaqlarına dönməyə haqları var”.

 

Paylaş:

mersin escort bayan mersin escort