C. Apr 3rd, 2020

SON DƏQİQƏ: Türk qırıcıları rus təyyarələrinə qarşı havaya qaldırıldı

Türkiyə Hərbi Hava Qüvvələrinə aid “F-16 Fighting Falcon” döyüş təyyarələri “Bahar qalxanı” hərəkatı bölgəsinə yaxınlaşan Rusiyanın döyüş təyyarələrinə qarşı havaya qalxıb.

Turkustan.info xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” məlumat yayıb.

Bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri İdlibdəki türk əsgərlərinə yaxınlaşıb. Buna görə də türk qırıcıları havaya qalxıb və Türkiyə-Suriya sərhədi boyunca uçuşlar həyata keçirib. Rus qırıcılarının bölgəni tərk etməsindən sonra uçuşlar dayandırılıb.

Qeyd edək ki, Suriyanın İdlib şəhərində Dəməşq rejiminə qarşı keçirilən “Bahar qalxanı” hərəkatı çərçivəsində son 24 saatda 1 təyyarə, 1 PUA, 6 tank, 5 top/raketatıcı, 2 hava hücumundan müdafiə sistemi, 3 zirehli döyüş maşını, 5 silahlı pikap, 6 hərbi avtomobil və 1 sursat anbarı məhv edilib. 327 rejim əsgəri zərərsizləşdirilib.  /Publika.az/

Paylaş:

mersin escort bayan mersin escort