24 Yanvar 2021 21:53

Azərbaycanda bu universitetin yataqxanasında qalan qızlar bir ay pul ödəməyəcək

Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan qızlar bir aylıq kirayə ödənişindən azad olunub.

Bu barədə ADU-nun Tələbə Həmkarlar İttifaqının sədri Şahin Sərdarlı məlumat paylaşıb.

O qeyd edib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü, Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan bütün tələbələr bir aylıq kirayə ödənişindən azad olunurlar. (oxu.az)

Paylaş: