27 Yanvar 2021 20:30

Türkiyəli nazirə sui-qəsd planı deşifrə oldu

PKK terror təşkilatı Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varanka qarşı sui-qəsd planlaşdırıb.

Diyarbəkirdə saxlanılan “Botan Zağroz” ləqəbli Məhməd Qırıq adlı terrorçunun mobil telefonunda nazirin fotosu tapılıb. Terrorçu ifadəsində naziri snayperlə qətlə yetirmək istədiklərini bildirib.

Bundan başqa, saxlanılan daha 2 terrorçu İstanbulda şəhidlərin dəfn mərasimlərində və insanların daha sıx toplaşdığı yerlərdə də terror aktı törətməyi planlaşdırdıqlarını söyləyiblər. (axar.az)

grup sex hikayeleri

Paylaş: