Türkiyəni tərk edən qaçqınların sayı artır
Miqrant sayı 142 175-ə çatıb
Türkiyənin sərhəd bölgəsi olan Edirnedən Yunanıstana keçən qaçqınların sayı məlum olub.
Turkustan.info xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun məlumatına görə, martın 6-sı saat 12:10-a olan məlumata əsasən Edirnenin Meriç rayonundan Yunanıstana keçən miqrant sayı 142 175-ə çatıb.
Xatırladaq ki, fevralın 27-dən 28-nə keçən gecə İdlib bölgəsində 36 hərbçisinin şəhid olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb. /Ayna.az/