25 Yanvar 2021 21:13

ÜST-dən koronavirusla bağlı dəqiq statistika

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı son statistikanı yayıb.

ÜST-in son statistikasına görə, dünyada koronavirusa yoluxanların sayı 98 764 nəfər olub. Onların 3389-u ölüb, 55 662 nəfər isə tam sağalıb.

Məlumatda qeyd olunur ki, hazırda bu virusdan 39 713 nəfər əziyyət çəkir. Onların 33 475 nəfərinin (84%) vəziyyəti orta, 6238 nəfərinin (16%) isə ağırdır. (axar.az)

Paylaş: