23 Yanvar 2021 14:08

Virus qonşuda tüğyan edir: Necə qorunmalıyıq?

Koronavirus təhlükəsinə görə dünyada əksər kütləvi tədbirlər təxirə salınır və vaxtı dəyişdirilir.

Bu addımlar idmandan tutmuş mədəniyyətə, siyasətdən tutmuş, iqtisadiyyata qədər müxtəlif sahələri əhatə edir.

Azərbaycanda isə artıq 6 nəfərin bu virusa yoluxduğu təsdiq olunub.

Maraqlıdır, dünya səhiyyəsi koronavirus qarşısında niyə bu qədər acizdir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov bildirib ki, virusun vaksini hələlik tapılmayıb:

“Hər bir virusun vaksini var. Bu virusun vaksini hələ tapılmayıb. Korona tac deməkdir, taca oxşadığına görə bu adı qoyublar. Məsələn, bəzi dövlətlərin bakterioloji silahları var. Onlar koronavirusun 5 növünü bir yerə yığırlar, nəticədə isə yeni bir növ alırlar. Bu virus insana ağız və iki burun boşluğu vasitəsi ilə keçə bilər. Koronavirus yalnız 25-27 dərəcə günəş işığı, ultrabənövşəyi şüalar məhv edə bilir.

Virusa yoluxmamaq üçün immunitet yüksək olmalıdır. Əvvəla 10-15 yaşınadək insanlar və uşaqlar virusa yoluxmur, buna səbəb onlarda immunitetin nisbətən yüksək olmasıdır. Xəstəlikdən qorunmaq üçün öncə immuniteti artırmaq lazımdır. Daha sonra maska istifadə olunmalıdır. Yaxşı olar ki, maskanın arasına yaş salfet qoyulsun, virus ondan keçə biməyəcək. Bunlar filtrdən süzülüb keçə bilən viruslardan deyil. Virusun elə növləri var ki, süzülüb keçə bilərlər, lakin koronavirus yox. Ağız və burun mütləq bağlanmalıdır”.

R. Mahmudov həmçinin qeyd edib ki, hər burun deşiyinə bir neçə damcı hidrogen-peroksidi (3 faizli) şpirislə tökmək lazımdır:

“Nəticədə köpük yaranır və ondan atomaroksigen ayrılır. Bu zaman bütün viruslar məhv olur. Boğazı isə qarqara etmək olar, əgər alınmazsa, hər axşam 1-2 diş sarımsaq yemək məsləhətlidir. Koronavirusa əsasən immuniteti zəif olan insanlar tutulur. Belə ki, virus xüsusən ağciyər hüceyrələrinin içərisinə girib orada yaşayır və hüceyrə nüvəsini dağıdır. Beləliklə, hüceyrələr məhv olur və tənəffüs çətinləşir. Bu hal çox zaman ölümlə nəticələnir. İmmuniteti yüksəltmək üçün xaş yeyilməlidir, çünki tərkibində zülal çoxdur”.

R. Mahmudov virusun pul vasitəsi ilə yayılmasından da danışıb:

“Pullar da mütləq dezinfeksiya olunmalıdır. Ən qorxulusu budur ki, virus pulla keçə bilər. Pulu da dezinfeksiya etmək lazımdır. Çox gözəl haldır ki, Azərbaycanda bir həftə vaxt verdilər və dezinfeksiya işləri apardılar. Hər kəs bu işə ciddi yanaşmalı və şəxsi gigiyena qaydalarına əməl etməlidir. Xüsusən də qapı tutacaqlarını xloraminlə təmizləmək lazımdır”.

 

Paylaş: