19 Yanvar 2021 04:14

“Yeni Sabah”da yeni baş redaktor

Tanınmış jurnalist Seymur Verdizadə Yenisabah.az saytının baş redaktoru təyin olunub.

Bu barədə saytın direktoru Elnur Məmmədli məlumat yayıb. Baş direktor bildirib ki, S.Verdizadə fəaliyyətini bundan sonra Yenisabah.az saytında davam etdirəcək. Qeyd edək ki, S.Verdizadə Türkiyənin nüfuzlu Qazi Universitetinin məzunudur. 1998-ci ildən peşəkar jurnalist fəaliyyəti ilə məşğuldur. Ölkənin ən nüfuzlu qəzetlərində və saytlarında çalışıb. ATV, Xəzər TV, Space və ARB-nin ən reytinqli verilişlərinin eksperti olub. 2008-ci ildən Jurnalist Araşdırmaları Mərkəzinin sədridir.

Paylaş: