28 Yanvar 2021 11:20

Koronavirusla bağlı ŞAD XƏBƏR: dünya bunu gözləyirdi

ABŞ Quru Qoşunları Komandanlığının laboratoriyalarında yeni tip koronavirusa qarşı vaksin hazırlanması işlərinə başlanıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) informasiya yayıb.

Bildirilib ki, ABŞ ordusunda epidemiyanın yayılmasının qarşısını almaq üçün bir sıra təlimlər təxirə salınıb.

Vaksin hazırlığı ilə bağlı açıqlama verən Quru Qoşunları Tibbi komandanı Maykl Talli laboratoriyalarının, xəstəliyə Nəzarət Mərkəzi (CDC), səhiyyə sənayesi və akademiyasının bir çox qurumlarla əməkdaşlıq edərək sınaq işlərinə başladıqlarını bildirib. O, vaksinin mümkün olan ən qısa müddətdə insanlar üzərində sınanmasına başlanacağını da ifadə edib.

“Walter Reed” Quru Qüvvələri Araşdırma İnstitutunun Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru Keyvon Modcarrad isə vaksinin siçanlar üzərində sınaqdan keçirildiyini açıqlayıb. İkinci mərhələdə isə yeni tərkib meymunlar üzərində testdən keçiriləcək. (publika.az)

Paylaş: