19 Yanvar 2021 21:28

Polis əməkdaşları 8 mart ərəfəsində şəhid Müşfiq Orucovun ailəsini ziyarət ediblər – FOTOLAR

Bu gün Daxili işlər nazirliyinin mətbuat xidmətinin və Xətai Rayon Polis İdarəsinin əməkdaşları 8 mart ərəfəsində aprel şəhidimiz Müşfiq Orucovun ailəsini ziyarət ediblər.

Şəhidin atası Arif Orucov torpaqlarımız uğrunda şəhid olan oğullarımızı, onların ailələrini daim yad etdiklərinə görə asayiş keşikçiıərinə minnətdarlığını bildirib. “Bu gün ölkəmizdə sabitliyin qorunmasında mühüm rolu olan və cinayətkarlıqla qətiyyətli mübarizə aparan Azərbaycan Polisi şəhidlərimizin xatirəsini əziz tutmaqla gənclərimizi vətənpərbərliyə, vətəni, torpağı sevməyə səsləyir deyən” DİN Mətbuat Xidmətinin əməkdaşı, polis polkovnik leytenantı Hafiz Təmirov tezliklə torpaqlarımızın işğaldan azad olunacağını və o gün şəhidlərimizin ruhunun sevinəcəyinə inamını ifadə etdi.

Azərbaycan Dillər universitetinin əməkdaşı Aynur Səfərli polisimizin bunu nəcib addımını yüksək qiymətləndirdi və bu ənənənin davam edəcəyinə ümidvar olduğunu dedi.

 

http://www.sportsstump.com/

Paylaş: