“Sülh göyərçini” abidəsinin müəllifi vəfat etdi

Sumqayıtda “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.

Abidənin müəllifi, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə rəssamlar akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb.

Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini bu şəhərin gözəlləşdirilməsinə, abadlaşdırılmasına həsr edib. (teleqraf.com)

Paylaş:

Share