19 Yanvar 2021 16:29

Türkiyənin Osmaniyə vilayətində Xocalı küçəsi – FOTO

Azərbaycanın Türkiyə səfirliyinin iştirakı ilə Osmaniyə Qorqud Ata Universitetində “28 ildir Dinməyən Acı … Xocalı Soyqırımı” adlı anım tədbiri təşkil edilib.

Tədbirdə Azərbaycan rəsmiləri də iştirak edib.

Proqrama Azərbaycanın Türkiyə səfiri Xəzər İbrahim, Beynəlxalq Əlaqələr Analizi Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və Osmaniyə Valisi Ömər Faruk Coşkun qatılıb.

Sayğı sükutu və iki ölkənin dövlət himnlərinin oxunması ilə başlayan şəhidlər üçün anma mərasimi daha sonra Osmaniyə Qorqud Ata Universitetinin rektoru professor Murat Türkün açılış nitqi ilə başlayıb.

Rektor Murat Türk çıxışında, türk əsgərlərinin qəhrəmanlıqlarını və Azərbaycanın şəhidlərini hörmətlə yad edib.

Proqramda çıxış edən səfir Xəzər İbrahim və Cavid Vəliyev, Xocalı Soyqırımı haqqında çıxış ediblər.

Anım mərasimi proqramından sonra Osmaniyedəki Xocalı küçəsinin açılışı olub.

Paylaş: