26 Yanvar 2021 03:52

Koronavirusun yayılması nə vaxta qədər davam edəcək?

Koronavirusun yayılması ən azı iyun ayınadək davam edəcək.

Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Çinin baş epidemioloqu Jonq Nanşan deyib.

Onun sözlərinə görə, sərhədlərdə tibbi yoxlamalar gücləndirilməklə yanaşı, karantin tədbirləri dənizətrafı bölgələrdən gələnlərə də şamil olunmalıdır.

O qeyd edib ki, son 24 saat ərzində Uhanda 40 nəfər koronavirusa yoluxub. Bundan başqa, ötən 24 saat ərzində ölkədə 22 nəfər bu virusdan dünyasını dəyişib. Ümumilikdə isə Çində koronavirusa yoluxanların sayı 80 735, ölənlərin sayı isə 3 119 nəfərdir.  /Qafqazinfo/

Paylaş: