26 Yanvar 2021 13:54

Milli Məclisin sabah keçiriləcək ilk iclasının gündəliyi açıqlandı – SİYAHI

VI çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir.
İclasda Milli Məclisin Hesablayıcı komissiyası təşkil ediləcək, parlamentə sədr seçiləcək.
Deputat Oqtay Əsədovun növbəti dəfə də sədr olacağı ehtimal edilir.
Daha sonra spikerin I müavini və müavinləri, o cümlədən parlamentin komitələrinə sədrlər seçiləcək.
İlk iclasda Azərbaycan Respublikası Prezident Administrasiyasının (PA) rəhbəri Samir Nuriyevin, PA-nın Ərazi təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin, Konstitusiya Məhkəməsi sədrinin, sədrin müavininin və hakimlərinin, Mərkəzi Seçki Komissiyasının sədrinin, sədr müavininin, katiblərinin, üzvlərinin iştirakı nəzərdə tutulur. (bakupost)

Paylaş: