Rusiya sabahı gözləyir: “Qara çərşənbə axşamı”?
Beynəlxalq bazarda rubl sürətlə dəyərdən düşür. Avro 84-86 rubla, dollar isə 74-75 rubla satılır.
Turkustan.info xəbər verir ki, Rusiyada birja sabah açılacaq. Bayram bazar gününə təsadüf etdiyinə görə bu gün qeyri-iş günüdür. Artıq bir çoxları sabah Rusiyada “qara çərşənbə axşamı” yaşanacağını təxmin edir. Sonuncu dəfə 1 avro 85 rus rubluna 2016-cı ilin fevralında satılıb. Daha sonra avronun məzənnəsi düşüb.
Xatırladaq ki, “Saudi Aramco” şirkətinin səhmləri də bir gündə 10 faiz azalıb. /Cebhe.info/