25 Yanvar 2021 20:09

“Ərdoğan Qarabağ kartını oynayacaq” – Bozoyandan şok sözlər

Ərdoğan Moskva üçün yetərli qədər uyğun fiqurdur. İstənilən digər hökumət müzakirələrə daha az açıq və daha çox qərbyönlü olacaq. Bu o deməkdir ki, Moskva Ərdoğanla daha elastik və çoxsəviyyəli siyasət aparmalıdır.

Turkustan.info xəbər verir ki, bunu erməni analitik Yervand Bozoyan deyib. O, Rusiya-Türkiyə münasibətlərində ən zəif həlqənin məhz Qarabağ olduğunu bildirib.

Bozoyan bu ərazilərin Rusiyanın “təhlükəsizlik çətirinə” daxil olmadığını söyləyib:

“Putinlə görüşdə gözlədiyindən daha az şey əldə edən Ərdoğan Qarabağ kartını oynayacaq. Türklər özlərinin Cənubi Qafqazdan olan qardaşlarına ən geniş yardımı göstərəcəklər. Ərdoğanın Bakıya səfəri zamanı tərəflər arasında hərbi-texniki müqavilə imzalandı. Buna əsasən, Ankara Bakını Suriyada uğurla istifadə edilən ən müasir pilotsuz uçan aparatlarla təchiz etməyə hazırlaşır. Ekspertlərin sözlərinə görə, cəmi 2 günə Türkiyə PUA-ları Suriyada 100-dən çox fərqli hərbi texnikanı məhv etdi”.  /konkret.az/

Paylaş: