23 Yanvar 2021 12:57

Adil Əliyevin vitse-spikerliyə namizədliyi irəli sürüldü

Bir neçə saatdan sonra 6-cı çağırış Milli Məclisin (MM) ilk iclası-yaz sessiyasının açılışı olacaq.

Turkustan.info xəbər verir ki, Etikxeber.az saytının yazdığına görə, iclasdan öncə hakjim Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edən deputat korpusunun və müstəqillərinin ayrılıqda qapalı toplantıları keçirilib.

Xəbərə görə, YAP-çı deputatlar Sahibə Qafarova ilə Ziyafət Əsgərovun vitse-spiker və birinci vitse-spikerliyə namizədliklərini irəli sürüblər.

Müstəqil deputatlar isə 4-cü dəfə millət vəkili seçilən Adil Əliyevin vitse-spikerliyinə namizədliyini irəli sürüb.

Paylaş: