Azərbaycanda bütün məhkəmə prosesləri təxirə salınır – SƏBƏB
Sabahdan etibarən bütün məhkəmə prosesləri təxirə salınacaq.
Turkustan.info yenisabah.az-a istinadla xəbər verir ki, buna səbəb koronavirus təhlükəsidir.
Məhkəmə proseslərinin təxirə salınması ilə bağlı konkret müddət müəyyənləşdirilməyib.
Əməkdaşımız məlumatla əlaqədar Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlayıb. O, xəbəri nə təsdiq, nə də təkzib edib.