20 Yanvar 2021 07:58

Azərbaycanın “Eurovision” mahnısı təqdim olundu – VİDEO

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Samirə Əfəndinin klipi və mahnısı təqdim olunub.

“Cleopatra” adlı ekran işi müsabiqənin rəsmi yutub səhifəsinə yerləşdirilib.

Mahnının müəllifləri xaricilər olsa da, klip Azərbaycanda çəkilib.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” (“Açıl!”) olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi “Avroviziya-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Xatırladaq ki, 16 sentyabr 2019-cu ildə Azərbaycanın “Eurovision-2020” Mahnı Müsabiqəsində iştirakı rəsmən təsdiqlənib. (publika.az)

Paylaş: