21 Yanvar 2021 03:31

Duma təcili seçkiyə gedir, Putinə maneə götürülür…

Vahid Rusiya Partiyasından olan deputat Valentina Tereşkova Konstitusiya dəyişiklikləri haqqında qanun layihəsinə prezidentlik müddətinin sıfırlanması barədə düzəlişin edilməsini təklif edib.

Turkustan.info xəbər verir ki, o, Konstitusiyada prezidentlik müddətinin sayı barədə məhdudiyyətin ləğv edilməsi gərəkdiyini deyib.

Tereşkovanın bu təklifindən sonra spiker Vyaçeslav Volodin təklifin müzakirəsi üçün fasilə təklif edib. Bundan sonra Volodin öz kabinetinə qalxaraq, Tereşkovanın təklifi və növbədənkənar parlament seçkisini Putinlə müzakirə üçün ona zəng edib.

Volodinin fraksiya rəhbərləri ilə bununla bağlı görüşünün olacağı da vurğulanıb.

Vahid Rusiya Partiyasının fraksiyasının lideri Sergey Neverov indidən Tereşkovanın təklifini dəstəkləyəcəyini söyləyib.

Qeyd edək ki, bundan öncə Jirinovski növbədənkənar parlament seçkisinin keçirilməsini təklif etmişdi. Onun təklifini demək olar ki, bütün fraksiyalar dəstəkləmişdi.  /Axar.az/

Paylaş: