İqbal Ağazadə Prezident Administrasiyasına çağrılıb
Ümid Partiyasının sədri İqbal Ağazadə Prezdident Administrasiyasına dəvət olunub.
Turkustan.info-nun məlumatına görə, bu barədə İqbal Ağazadə özü məlumat verib.
O bildirib ki, iqtidar-müxalifət münasibətləri mövzusunda söhbət ediblər:
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdük. İctimai – siyasi vəziyyət, iqtidar – müxalifət münasibətləri mövzusunda diskussiyamız oldu”. /Modern.az/