20 Yanvar 2021 11:02

Milli Məclisin rəhbərliyi tam tərkibdə dəyişir

Milli Məclisin yeni tərkibdə ilk iclası bu gün saat 11-də öz işinə başlayacaq.

Qanunverici orqana rəhbərlik edəcək şəxslərin kimliyi artıq bəllidir. Maraqlıdır ki, parlamentin rəhbərliyində təmsil olunan “dördlük”dən bu dəfə heç kim öz postunu qoruya bilməyib. Belə ki, parlamentdə böyük çoxluğa sahib olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr postuna deputat Sahibə Qafarovanın, birinci vitse-spiker postuna deputat Əli Hüseynlinin, vitse-spiker postuna isə deputat Hicran Hüseynovanın namizədliyini irəli sürəcəyi dəqiqləşib

Valeh Ələsgərov deputat olmadığı üçün bitərəfləri təmsil edən digər vitse-spiker də yeni şəxs olacaq. Bu isə deməkdir ki, Milli Məclisin rəhbərliyi tam tərkibdə dəyişir.

Paylaş: